AZ

Transgender məhbus zorlama iddialarından sonra kişilər həbsxanasına geri göndərilib

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında həbsxanada baş verən hadisə ölkədə gündəm yaradıb.

51 yaşlı Tremaine Karroll adlı transgender məhbus qadın islah müəssisəsində zorlama iddiaları üzə çıxıb. 

Hadisə ilə bağlı məlumatda qeyd edilir ki, özünü transseksual qadın kimi tanıdan Carroll, transseksual məhbusların cinsi şəxsiyyətlərinə uyğun olan müəssisələrdə yerləşdirilməsinə icazə verən yeni ştat qanununa əsasən qadın həbsxanasına köçürülüb. Lakin o, duşda qadın məhbusa hücum edib onu zorlamaqda ittiham olunduğu zaman yenidən kişilər həbsxanasına göndərilib.

Karrollun cinayət tarixinə adam oğurluğu və soyğunçuluq da daxil olmaqla çoxsaylı cinayətlər daxildir. Həbsxanada olarkən Carroll dəfələrlə ciddi intizam pozuntularında təqsirli bilinib.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
32gun.az

1Mənbələr