AZ

Rafael Nadal və Karlos Alkaras 1/4 finalında

İspaniyalı tennisçilər Rafael Nadal və Karlos Alkaras 2024-cü ildə Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında cütlüklərin 1/4 final mərhələsinə yüksəliblər.

90deqiqe.Az xəbər verir ki, yarışın 1/8 finalında Nadal və Alkaras 6:4, 6:7 (2:7) hesabı ilə [10:2] Hollandiyadan olan Tallon Qriekspur və Uesli Koolhof duetinə qalib gəliblər.

İkilinin gərgin görüşü 2 saat 24 dəqiqə davam edib.

2024-cü il Olimpiadasının yarımfinalına çıxmaq üçün Nadal və Alkaras amerikalılar Rajeev Ram və Austin Krajicek (4) ilə döyüşəcəklər.

Seçilən
35
90deqiqe.az

1Mənbələr