AZ

Ukrayna neftin Slovakiyaya tranziti məsələsinin həlli üçün şərt qoydu

Ukrayna Rusiya neftinin Slovakiyaya tranziti məsələsini həll etməyə hazırdır, bir şərtlə ki, Bratislava Avropa İttifaqı (Aİ) ilə assosiativ sazişdə nəzərdə tutulan mexanizmi işə salsın. 

Valyuta.az xəbər verir ki, bunu "Reuters" agentliyinə Ukraynanın energetika nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiyalar və rəqəmsallaşma üzrə müavini Roman Andarak deyib.

Onun sözlərinə görə, Slovakiya tərəfi Ukrayna ilə Aİ arasında assosiasiya sazişində nəzərdə tutulmuş müvafiq mexanizmi işə salarsa, Ukrayna tərəfi ekspertlər səviyyəsində mümkün problemli aspektləri həll etməyə hazırdır.

Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko demişdi ki, Kiyevin Rusiyanın "Lukoyl" şirkətinə neft tədarükünü əngəlləməsi Ukraynanın özünə, Macarıstan və Slovakiya şəklində avropalı tərəfdaşlarına zərər vuracaq və Rusiyanın maraqlarına toxunmayacaq.

O qeyd edib ki, Rusiya neftinin Ukrayna vasitəsilə tədarükü mümkün qədər tez bərpa olunmasa, Bratislavada yerləşən "Slovnaft" neft emalı zavodu Ukraynanın tələbatının onda birini ödəyən neftin tədarükünü dayandıracaq.

İyulun 26-da Fiko Ukrayna hökumətinin başçısı Denis Şmıqala Rusiyanın “Lukoyl” şirkətindən neftin tranziti ilə bağlı problemin texniki həllini təklif edib.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
valyuta.az

1Mənbələr