AZ

Cennifer Lopez makiyajsız fotosunu göstərib - FOTO

Cennifer Lopez makiyajsız fotosunu paylaşıb. Sənətçi son fotosunu İnstaqram səhifəsində yayımlayıb.



Sfera.az bildirir ki, Cenifer Lopez bu yaxınlarda 55 yaşını qeyd edib. Son aylarda J.Lo və Ben Afflekin boşanması ilə bağlı şayiələr aktiv şəkildə yayılır.
 

Atlas ulduzu krem rəngli sviterdə stulda uzanaraq saçları çiyinlərinə dağılmış şəkikdə paylaşdığı selfidə J’Lo gülümsəyir.
 

Məşhurun ​​əllərində böyük üzüklər olsa da, o, Ben Afflekdən boşanma şayiələri fonunda bir daha toy üzüyünü göstərmir.


Qeyd edək ki, məşhur cütlüyün boşanma ilə bağlı şaiyələri rəsmi şəkildə şərh etməmələrinə baxmayaraq, getdikcə daha çox xəbərlər Afflek və Lopezin boşanmasının qaçılmaz olduğunu göstərir. Məşhurlar malikanələrini 68 milyon dollara satışa çıxarıblar. Oskar mükafatlı aktyor isə artıq 20 milyon dollara yeni ev alıb. Onlar uzun müddətdir ki, ictimaiyyət qarşısına birlikdə çıxmırlar.


Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
9
sfera.az

10Mənbələr