AZ

Diana Ulyanova: "Qarşıdakı matçlarda takitikanı dəyişəcəyik" - MÜSAHİBƏ

"İlk oyun idi. Davamı daha yaxşı olacaq".

Bunu İdman.bizin Parisə ezam olunmuş əməkdaşına basketbolun 3x3 növü üzrə Azərbaycan yığmasının üzvü Diana Ulyanova deyib.

- Hidayət Heydərovun qızıl medal qazanması basketbolçulara sizi motivasiya etdimi?

- Əlbəttə, Hidayətin qələbəsi bizi çox sevindirdi. Oyundan əvvəl Olimpiya çempionumuzla görüşdük, onun qızıl medalına baxdıq. Bu, insanı çox motivasiya edir. Hidayəti və bütün Azərbaycan qələbə münasibətilə təbrik edirik. Basketbol cüdodan fərqlənir. Bir-birimizi başa düşmək və öz oyunumuzu tapmaq üçün bizə müəyyən müddət lazımdır.

- Olimpiada digər yarışlardan çox fərqlənir?

- Olimpiya Oyunları digər yarışlardan çox fərqlənir. Böyük məsuliyyət hiss olunur. Çox böyük, müqayisəolunmaz yarışdır. Olimpiya Oyunları hər bir idmançının arzusudur. Bundan zövq almağa çalışırıq.

- Qarşıda daha 6 oyun var. Taktiki dəyişiklik olacaqmı?

- Hər rəqibə qarşı fərqli hazırlıq olacaq. Qarşıdakı matçlarda takitikanı dəyişəcəyik. Hər oyunumiz yeni həyat mənası daşıyacaq. ABŞ qarşı belə oyun olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
idman.biz

1Mənbələr