Əlcəzair Fransanın Rabatın suverenliyi altında mübahisəli Qərbi Sahara probleminin muxtariyyət əsasında həll planını dəstəkləməsinə reaksiya olaraq Parisdəki səfirini dərhal geri çağırmaq qərarına gəlib. Qərardan sonra Əlcəzairin Parislə müvəqqəti işlər vəkili səviyyəsində diplomatik əlaqələr quracağı diqqətə çatdırılıb.
Mərakeş Kral Məhkəməsi Fransa prezidenti Emmanuel Makronun kral VI Məhəmmədin taxta çıxmasının 25-ci ildönümü münasibətilə ona yazdığı məktubla bağlı açıqlama yayıb. Bəyanatda Fransanın Mərakeşin suverenliyi altında muxtariyyət planını Qərbi Sahara probleminin həlli üçün uyğun çərçivə olaraq gördüyü bildirilib.
Ədalətli və davamlı siyasi həll lazımdır
Bəyanatda Fransanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü olduğu və Fransanın bu addımının Mərakeşin Qərbi Sahara üzərində suverenliyini dəstəkləyən son dərəcə əhəmiyyətli bir inkişaf kimi qiymətləndirildiyi vurğulanıb. Açıqlamada Makronun ölkəsinin muxtariyyət planına dəstəyinin açıq və dəyişməz olduğunu, muxtariyyət planının BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq üçün yeganə əsas təşkil etdiyinə diqqət çəkilib.