AZ

Bu gecə "ulduz yağışı" olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gecə "ulduz yağışı" gözlənilir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Moskva planetariumunun mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, Cənubi delta-Akvarid meteor axını 31 iyul gecəsi pik aktivliyinə çatacaq.
"30-31 iyul gecəsi Dolça bürcündən Cənubi delta-Akvarid meteor axını maksimum fəaliyyətinə çatır", - deyə planetariumdan bildirilib.
Qeyd edilib ki, "ulduz yağışı" 12 iyuldan 23 avqusta qədər müşahidə olunur. Bu astronomik hadisə Cənub yarımkürəsində daha yaxşı görünür. Şimal enliklərində isə aydın havada səmadakı parıltıları izləmək üçün ən yaxşı vaxt səhər saatları olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
oxu.az

10Mənbələr