AZ

ABŞ tarixində rekord: Dövlət borcu 35 trilyon dolları ötdü

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dollar həddini keçib.
 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bu ilin yanvarında ABŞ-də dövlət borcu 34 trilyon dollar təşkil edib. Respublikaçılar artıq Demokratlar Partiyasının prezidenti Co Baydeni və onun siyasətini hədəf alaraq sərt tənqid ediblər. Onların fikrincə, dövlət borcunun həcminin bu qədər böyük həcmə çatması Bayden administrasiyasının günahıdır. Konqresin Büdcə İdarəetmə Komitəsi də məlumat verib ki, 2034-cü ildə ABŞ-nin dövlət borcu 50 trilyon dollar olacaq və ABŞ ÜDM-nin 122 faizini təşkil edəcək. 29-34-cü illərdə Amerika ÜDM-i hər il 1,8 faiz artacaq. Qeyd edək ki, 2023-cü illə müqayisədə dövlət borcu 4 trilyon dollar artıb.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı qanun layihəsini ötən il iyunun 3-də imzalayıb. Ekspertlərin fikrincə, Amerikanın dövlət borcu gələn il yanvarın 2-də həmin həddə çatacaq.

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sfera.az

1Mənbələr