AZ

Əlcəzair Fransadan səfirini geri çağırdığını açıqlayıb

Paris Mərakeşin krallığın suverenliyi altında Qərbi Sahara üçün muxtariyyət planını dəstəklədikdən sonra Əlcəzair Fransadan səfirini geri çağırdığını elan edib.

Bu barədə BFMTV yazır.

“Əlcəzairin Fransadakı diplomatik missiyası indi müvəqqəti işlər vəkilinin məsuliyyəti altındadır”, – Əlcəzair Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik Fransa hakimiyyətinin hərəkətlərini də pisləyib.

France Info-nun aydınlaşdırdığı kimi , Mərakeş, öz növbəsində, “Mərakeşin Sahara üzərində suverenliyinə dəstək verən mühüm və əhəmiyyətli hadisəni” alqışladı.

Qərbi Sahara Şimali Afrikada mübahisəli ərazidir, təxminən 80%-i Mərakeş, qalan hissəsi isə Əlcəzairin dəstəklədiyi Polisario Cəbhəsi tərəfindən idarə olunur.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
dogru.az

1Mənbələr