AZ

Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza İzmir küçəsində qeydə alınıb. Belə ki, hadisədə iki minik avtomobili toqquşub.

Avtomobillər yararsız vəziyyətə düşüb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Əraziyə iki təcili yardım briqadası cəlb edilib.

Qəzaya uğrayan minik avtomobilləri ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
apa.az

3Mənbələr