AZ

Onların rekordlarını heç kim təkrarlaya bilmir

Dünyada bir çox rekordçular var - lakin bəzi insanlar rekordlardan əlavə, hər kəsin təkrarlaya bilməyəcəyi fərqli bir iş görüblər. Məsələn, iplə gəzən Filipp Petit Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələri arasında ip üzərində gəzən yeganə insandır. 13 yaşlı Uillis Gibson isə dünyada ilk dəfə olaraq Tetris kult oyununun sonuna çatdı. Gəlin digər insanlara və onların maraqlı nailiyyətlərinə də nəzər salaq.

Britaniyalı teleaparıcı və təbiətşünas ser Devid Attenboro qara-ağ, rəngli, HD, 3D və 4K proqramlarına görə Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını alan dünyada yeganə şəxsdir.

Alpinist Aleks Honnold Şimali Amerikanın ən böyük monolit dağ zirvələrindən biri olan El Kapitanı təkbaşına (ipsiz və ya avadanlıqsız dırmaşmaq) fəth edən yeganə şəxsdir.

Paraşütçü Con Marey 1990-cı ildə 4400 metr hündürlükdən yıxılaraq sağ qalıb. Onun hər iki paraşütü açılmayıb qarışqa yuvasının üzərinə düşmüşdü. Paraşütçünün bir çox sümükləri sınmışdı və demək olar ki, bütün dişləri tökülmüşdü. Lakin o, yüzlərlə qarışqa dişləməsi sayəsində huşunu itirmişdi. Bu, adrenalinin böyük bir şəkildə sərbəst buraxılmasına kömək etdi, nəticədə həkimlər onu reanimasiya edə bildilər. Bir neçə illik müalicə və sağalmadan sonra Con adi həyatına qayıtdı və paraşütlə tullanmaya davam etdi.

Qrover Klivlend iki müddət fasilə ilə xidmət edən yeganə ABŞ prezidentidir və buna görə də prezidentlər siyahısında ikiqat nömrə almışdır (1885-1889 və 1893-1897).

Astronavt Con Yanq kosmosa uçuş rekordu qırıb: O, Yerdən altı dəfə kosmosa uçub və bir dəfə Aydan havaya qalxıb.

Tarixdə cəmi altı nəfər Mariana çökəkliyinin dibinə çatıb.

Yapon dəniz mühəndisi Tsutomu Yamaquçi Xirosima və Naqasakinin hər iki bombalanmasından sağ çıxıb.

Jokey Frank Hayes tarixdə yarış bitməmiş dünyasını dəyişən və qalib gələn yeganə jokeydir. O, yarışın ortasında infarktdan keçinib.

Rus alimi Anatoli Petroviç Buqorski 200 min rentgen gücündə və çox yüksək dozada şüalanmaya malik proton şüası ilə başından zədə almış, lakin sağ qalaraq elmdə fəaliyyətini davam etdirə bilmişdi.

Aleksey Ananenko, Boris Baranov və Valeri Bespalov Çernobıl AES qəzasının ən məşhur qəhrəmanlarıdır. Onlar həyatlarını riskə ataraq reaktorun altındakı hovuza düşüblər və atom elektrik stansiyasında ikinci partlayış ehtimalının qarşısını alıblar.

Keniyalı qaçış ustası Eliud Kipçoge 42,2 km marafonu iki saatdan az vaxta başa vurub.

Sloveniyalı üzgüçü Martin Strel Amazon, Dunay, Missisipi və Yantszı çaylarını üzərək keçən yeganə şəxsdir.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
ikisahil.az

1Mənbələr