AZ

Kral Çarlz üçün Versal sarayında şam yeməyinə 475 min avro xərclənib

Kral

London, 31 iyul, AZƏRTAC

2023-cü ilin sentyabrında Böyük Britaniya Kralı Çarlz üçün Versal sarayında Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən rəsmi ziyafət 475 min avroya başa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa auditinin hesabatında bildirilib. Qeyd olunub ki, prezident administrasiyası Hindistanın Baş naziri Narendra Modi üçün Luvr muzeyində təşkil olunan ziyafətə 412 min avro xərcləyib.

Auditdə bildirilib ki, Fransa prezidenti administrasiyası 2023-cü il üçün xərcləri 125,5 milyon avro təşkil edib. Buna Prezident Makronun diplomatik və prezidentlik vəzifələri, habelə administrasiya, kadrlar, təhlükəsizlik və əmlakın idarə edilməsi ilə bağlı xərclər də daxildir.

Hesabatda həmçinin Yelisey sarayının səfər təşkilatçılığı da tənqid edilib. Prezidentin 12 səfərinin ləğvi nəticəsində 830 min avrodan çox vəsait itirilib. Təkcə 2023-cü ilin iyulunda Almaniyaya planlaşdırılan, lakin sonradan ləğv edilən səfər təxminən 500 min avro itkiyə səbəb olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
azertag.az

3Mənbələr