AZ

Evinə gələn qonaqların dediklərinə dözə bilməyib, ailəsinə səs yazısı göndərib: “Məni tapmaq istəyirsənsə, dənizin dibinə bax” - FOTO

Aydının Kuşadası rayonunda yaşayan 3 qız atası 55 yaşlı kişi evinə gələn qonaqların iddiası ilə yoxa çıxıb. Qızlarının mobil telefonuna “Məni tapmaq istəyirsənsə, dənizin dibinə bax” deyən səs yazısını yazan ata 4 gündür ki, əlaqə saxlamaq mümkün olmayıb.

32gun.a Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayram AK Adakule yaxınlığında dənizin dibində boynuna daş bağlanmış halda ölü tapılıb.

Məlumata görə, qızının dostları Aydının Kuşadası rayonunda yaşayan 3 qız atası Bayram AK-nın evinə gəliblər. Evinə gələn qonaqların onun haqqında pis danışdıqlarını eşidən ata söz-söhbətə dözməyərək evi tərk edib. Bir müddət evə gəlmədikdən sonra atasının həyatından narahat olan qızları onu axtarmağa başlayıblar.

Qızlarının mobil telefonuna “Məni tapmaq istəyirsənsə, dənizin dibinə bax” deyən səs yazısını göndərən ata 4 gündür ki, əlaqə saxlamaq mümkün olmayıb.

Axşam saatlarında Kuşadası Adakule yaxınlığında suya dalış edən həvəskar dalğıc dənizin dibində boynuna daş bağlanmış kişi cəsədini görüb və vəziyyəti səlahiyyətlilərə çatdırıb. Sahil Mühafizə qrupları tərəfindən bölgədə aparılan işlər nəticəsində kişi cəsədi dənizin dibindən çıxarılıb. Meyitin Kuşadası Bələdiyyəsində çalışan 55 yaşlı Bayram AK-ya aid olduğu müəyyən edilib.

Dənizdən çıxarılan cəsəd yarılma üçün ekspertizaya göndərilib, şəxsin ölümü ilə bağlı araşdırma başladılıb.

Ehtimal olunur ki, bədbəxt adam evinə gələn qonaqların söz-söhbətinin ardınca boynuna daş bağlayıb özünü dənizə ataraq həyatına son qoyub.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
32gun.az

1Mənbələr