AZ

“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində növbəti təlim Füzuli şəhərində keçirilib - FOTOLAR » AzadMedia.az


Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin icra etdiyi “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində növbəti təlim 30. 07.2024-cü il tarixində işğaldan azad olunmuş Füzuli şəhərində keçirildi.

QHT.az xəbər verir ki, təlimi giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov layihənin məqsəd və məramı ilə bağlı məlumat verdi, daha sonra iştirakçılara icma quruculuğu, məcburi köçkünlərin məşğulluq imkanlarını artırmaq və reinteqrasiya prosesini daha da gücləndirmək istiqamətində praktiki və nəzəri biliklər verildi. Təlim çərçivəsidə ilk olaraq yeni məskunlaşmış sakinlərə Dayanıqlı İnkişaf Məqsədlərinin mövcud olan 17 hədəfi haqqında məlumat verilmiş, icma quruculuğu prosesində DİM-nin tətbiqi nəzərdən keçirilmiş, icmanın ehtiyaclarının öyrənilməsi məqsədi ilə fokus qrup müzakirələri təşkil olunmuş, gənclərin və qadınların biznes və sahibkarlıq subyektlərini formalaşdırmaq üçün təqdimatlar keçirilmiş və məsləhət xidmətləri təşkil olunub.

Peşəkar təlimçilər olan Elşad Şiriyev və Arzu İbrahimova tərəfindən aparılan təlimdə rayonda potensial olaraq məşğulluq məsələləri ilə bağlı ehtiyaclar müəyyən olundu. İştirakçılara biznes planların tərtib olunma və müraciət olunması qaydaları ilə bağlı məlumat verildi və bu istiqamətdə davamlı dəstəyin davam etdirilməsi nəzərdə tutulur. Layihənin hədəf qrupu gənc qadınlar, gənc sahibkarlar və icmalar olmuşdur və əsas məqsəd yeni biznes ideyalarını təşviq etmək və yeni sahibkarların yetişdirilməsinə dəstək göstərmək olub. Təlimin zamanı iştirakçılar öz ehtiyac və rəylərini təşkilatçılara təqdim etdilər, bütün təklif və rəylər toplanaraq layihənin sonunda "Dovlət-özəl-icma" tərəfdaşlığı üzrə keçiriləcək konfransda rəsmilərin və özəl sektor nümayəndələrinin diqqətinə çatdırılacaq və bu istiqamətdə müzakirələr təşkil olunacaq. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində növbəti mərhələdə Zəngilan və Şuşa şəhərlərində təlimlər keçiriləcək. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Seçilən
27
7
azadmedia.az

10Mənbələr