AZ

Hüseyndən ETİRAF

Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov uzun müddətdir ailə qurmaq istəsə də, hələ də real gəlin namizədi tapa bilməyib. SİA xəbər verir ki, bu barədə bloqer verilişlərin birində danışıb.

O, jurnalistin "Bu qədər pərəstişkarınız var, amma bir xanım tapa bilmirsiniz" sualına "Hələ tapa bilməmişəm. Bu məsələdə məşhurluq problem yaradır" cavabını verib.

Qeyd edək ki, bir neçə gün əvvəl bloqer anasını gəlin namizədləri ilə tanış etdiyini, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sia.az

1Mənbələr