AZ

F-35-də proqram təminatı problemləri yaranıb - Döyüşlərə qatılmayacaq

F-35 Qərbdə yeganə beşinci nəsil qırıcıdır, lakin ciddi proqram təminatı problemlərinə görə ən azı 2025-ci ilə qədər real döyüşlərdə iştirak edə bilməyəcək. 

Bu barədə jurnalist Devid Eks “The Telegraph” nəşrində yazdığı məqalədə yazıb.

Onun fikrincə, bu qırıcılar hazırlanan zaman prosessorları və proqram təminatı ilə vəd edilən bir sıra imkanlara malik olmayıblar.

"Sensorların əhatə dairəsi daha azdır və bu F-35-lər bütün son növ döyüş sursatlarına uyğun gəlmir",- Eks qeyd edib.

Məqalə müəllifinin sözlərinə görə, bu qırıcılar yalnız proqram təminatının yenilənməsindən sonra istifadəyə tam hazır olacaq, bu isə əlavə maliyyə və vaxt tələb edəcək. Bir sözlə, F-35 ən azı 2025-ci ilə qədər istifadəyə hazır olmayacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
news365.az

1Mənbələr