AZ

“Mənim əmim dəlidir” - Trampın qardaşı oğlu

ABŞ-nin keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gələrsə və o, dəvət olunarsa, inauqurasiyada iştirak etməyi planlaşdırır.

“Ailələr mürəkkəbdir. Hər ailənin öz dəli əmisi var. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib.

Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. 

Seçilən
263
44
bakivaxti.az

10Mənbələr