AZ

Silahlı hücum: ÖLƏNLƏR VAR

Nigeriyanın cənubundakı İmo əyalətində baş verən silahlı insidentdə 4 polis məmuru həyatını itirib.

Redaktor.az xəbər verir ki, aralarında qadınların da olduğu çox sayda insan yaralanıb. Hücumdan sonra əyalət hökuməti tərəfindən bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Qeyd edək ki, hücumların separatçı Biafra Yerli Xalqları tərəfindən həyata keçirildiyi iddia edilir.

Onlar Nigeriya dövlətini dağıdaraq, müstəqil dövlət qurmaq istəyirlər.

Türkan İSGƏNDƏRLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
redaktor.az

1Mənbələr