AZ

Acun “Survivor”dan ayrılır

Türkiyənin “TV8” telekanalının reytinqləri alt-üst edən yarışma proqramı “Survivor” radikal dəyişikliyə getməyə hazırlaşır.

“Cebheinfo.az” xəbər verir ki, layihə rəhbəri Acun Ilıcalının yeni mövsümdən etibarən “Survivor”da olmayacağı iddia olunur.

Buna səbəb Acunun həm “Fənərbağça”da çalışması, həm “Hall Siti”nin rəhbəri olduğu üçün vaxt çatdıra bilməməsidir. O, ötən mövsümdə sadəcə konsey çəkilişlərində iştirak edirdi. Hətta bəzən sözügedən çəkilişlərə də çatdıra bilmədiyi üçün bir neçə bölüm proqramda görünmürdü. Yeni mövsümdən etibarən layihənin əsas aparıcısının Murat Ceylan olacağı deyilir. Onun həm yarışlarda, həm də konsey çəkilişlərində aparıcı olması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
cebheinfo.az

1Mənbələr