AZ

Türkiyə XİN-dən HƏMAS liderinin öldürülməsinə REAKSİYA

Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyib.

Bu barədə Demokrat.az Türkiyə XİN-ə istinadən bildirir.

"Biz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsini pisləyirik.

Öz vətənində, öz dövlətlərinin damı altında sülh içində yaşaya bilmələri üçün Haniyə kimi yüz minlərlə şəhid verən Fələstin xalqına başsağlığı veririk.

Netanyahu hökumətinin sülhə nail olmaq niyyətində olmadığı bir daha üzə çıxdı.

Bu hücum həm də Qəzzadakı müharibəni regional ölçüyə yaymaq məqsədi daşıyır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün addım atmasa, regionumuz daha böyük münaqişələrlə üzləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
47
1
demokrat.az

2phrase_var_article.sources