AZ

İran XİN İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib

İran XİN İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib

İranın Xarici İşlər Nazirliyi (XİN) Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, sui-qəsdə münasibət bildirən İran XİN-in sözçüsü Nasir Kənani vurğulayıb ki, Tehran bu hadisənin təfərrüatını araşdırır.

Nasir Kənani əlavə edib ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Seçilən
143
1
sonxeber.az

10Mənbələr