AZ

Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da müşahidə aparacaqlar

Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da seçki məntəqələrində müşahidə aparacaqlar. Onlar bütün məlumatları Ombudsmana ötürəcəklər.

Vətəninfo.az  xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada deyib.

Ombudsman qeyd edib ki, səsvermənin gedişinə təsir göstərən hallar aşkarlanarsa, bu barədə dərhal məlumat veriləcək: “Bütün seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz hüquq qanunvericiliyi, milli dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiqdir”.

Səbinə Əliyeva qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi bütün məntəqələr də Ombudsman Aparatının nəzarətində olacaq: “Bura Bakıda və bütün regionlarda fəaliyyət göstərən hərbi hissələr, Penitensiar Xidmət müəssisələri və s. aiddir”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Seçilən
21
8
veteninfo.az

9Mənbələr