AZ

Bu qadın ərinin keçmiş arvadının körpəsini böyüdür

Bu qadın ərinin keçmiş arvadının körpəsini böyüdür

ABŞ-də qadın ərinin vəfat etmiş keçmiş həyat yoldaşından dünyaya gələn körpəni övladlığa götürüb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-də 4 övladı olan cütlüyün həyatı 2021-ci ilin avqustunda aldıqları telefon zəngindən sonra tamamilə dəyişdi. Kişinin keçmiş həyat yoldaşı COVID diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hamilə olan qadının vəziyyəti isə getdikcə ağırlaşmağa başlayıb. Ana süni nəfəs aparatına qoşulub və körpəsi 33 həftəlikdə dünyaya gəlib.

Doğuşdan 5 gün sonra qadın insult keçirərək dünyasını dəyişib. Körpə anasız qalıb və bu vəziyyət kişinin yoldaşına təsir edib. Çünki qadın anasızlığın nə olduğunu yaxşı bilirdi və özü də vir ailə tərəfindən övladlığa götürülmüşdü. O, yoldaşına körpəni övladığa götürə biləcəklərini deyib. Lakin körpə Texasda doğulub. Cütlük bu zaman Ohayoda yaşayırdı.
Cütlük uşağı övladlığa götürmək üçün Texasa köçüb. Körpəni övladlığa götürən qadın sonda bu fikirlərə yer verib:

"Mən onun anasını daim qəlbində yaşadağam. Kitab yazıb anasının hekayəsini ona bölüşəcəm. Çünki mənə də belə edilməsini çox istəyirdim".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
sonxeber.az

10Mənbələr