AZ

KOBİA-nın ötənilki maliyyə durumu bəlli oldu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2023-cü ili 562 min manat mənfəət əldə edib.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il KOBİA-nın sair əməliyyat gəlirləri 25 milyon 235 min manat olub ki, bu da illik müqayisədə 46% azalma deməkdir.

KOBİA-nın işi heyəti üzrə xərcləri 12 milyon 25 min manat, amortizasiya xərcləri 907 min manat, digər əməliyyat xərcləri 10 milyon 598 min manat təşkil edib.

Hesabat dövründə KOBİA 44 milyon 342 min manat cəmi aktivlərə malik olub ki, əvvəlki dövr üzrə 7% azalmadır. KOBİA-nın cəmi kapitalı 4% artaraq 30 milyon 917 min manat, cəmi öhdəlikləri isə 25% azalaraq 13 milyon 424 min manat olub.

Xatırladaq ki, qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
banker.az

2Mənbələr