AZ

Son həftələr dünyada meşə yanğınları tüğyan edir

Son

Bakı, 31 iyul, AZƏRTAC

Yüksək temperatur fonunda meşə yanğınları ilin ən isti mövsümündə davam edir və müxtəlif ölkələrdə minlərlə insanın təxliyəsi ilə nəticələnir.

AZƏRTAC xəbər verir ki, Kaliforniyada baş verən ən böyük meşə yanğını Los-Anceles ərazisi ölçüsündə sahəni yandırıb, ətrafdakı bütün şəhərlər boşaldılıb. Bir neçə gün ərzində alov 150 min hektara yaxın ərazini bürüyüb. Yanğının söndürülməsinə ştatın hər yerindən əlavə yanğınsöndürənlərlə birlikdə yüngül və ağır təyyarələr cəlb edilib. Yanğın ötən çərşənbə günü baş verib və Kaliforniya tarixinin ən böyük yanğınlarından birinə çevrilib.

Kanada da Casper şəhərini viran qoyan böyük yanğınla mübarizəni davam etdirir. Bütün şəhər əhalisi, o cümlədən 25 min sakin və turist təxliyə edilib. Bu günə qədər alovlar 36 min hektardan çox ərazini məhv edib. Səlahiyyətlilər yanğının söndürülməsinə hələ bir neçə həftə qaldığını bildirirlər.

Yunanıstan bu gün müxtəlif meşə yanğınları və yüksək temperaturla mübarizəni davam etdirir. Mövsümün əvvəlindən bəri bu ölkənin səlahiyyətliləri azı 47 yanğın barədə məlumat veriblər, bunların bir çoxu bəzi yerlərdə minlərlə insanın təxliyə edilməsinə səbəb olan həddindən artıq istidən qaynaqlanıb. Yunanıstanın Evia adasında 200-ə yaxın yanğınsöndürən böyük yanğını söndürür, üç yaşayış məntəqəsinin sakinləri təcili olaraq təxliyə edilib. Yanğınsöndürmə xidmətinin əməliyyat mərkəzinin məlumatına görə, son 24 saat ərzində ölkə ərazisində 54 landşaft yanğını qeydə alınıb.

Bu bazar ertəsi İspaniya Qranadasının İsnallos bölgəsində təxminən 17 hektar meşə sahəsinə yayılan yanğının qarşısını almaq mümkün olub. Bundan əlavə, bölgədə bir neçə yanğın hələ də aktivdir.

Yanğın mövsümü yeni başlayıb və temperaturun artması ilə onların daha geniş ərazilərə yayılması ehtimal olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
31
azertag.az

10Mənbələr