AZ

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq

Çempionlar

Bakı, 31 iyul, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın turnirdəki potensial rəqibləri “Ludaqorets” (Bolqarıstan) və “Dinamo” (Minsk, Belarus) komandaları cavab oyununda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Komandalar arasında ilk matç “Ludaqorets”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları avqustun 6-7-də, cavab qarşılaşmaları isə avqustun 13-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
7
azertag.az

6Mənbələr