AZ

Gürcüstan kilsəsindən Parisə SƏRT REAKSİYA “Çox təəssüf!“

Gürcüstan Pravoslav Kilsəsi iyulun 26-da 2024-cü il Paris Olimpiadasının açılış mərasimində İsanın həvariləri ilə yediyi yeməkdən bəhs edən “Son şam yeməyi” rəsm əsərinin səhnələşdirilməsinə reaksiya verib.

News365.az xəbər verir ki, kilsənin sosial media hesabından edilən yazılı açıqlamada Gürcü Pravoslav Kilsəsi Patriarxlığı olaraq 2024-cü il Paris Olimpiya Oyunlarının açılış mərasimindəki bədii təsvirlərə reaksiya göstərdikləri qeyd edilib.

Açıqlamada, kilsə olaraq Fənər Rum Patriarxlığının Olimpiadanın açılış mərasiminə reaksiyası ilə razılaşdıqları və “Fransada Olimpiadanın açılışında göstərilən bəzi səhnələrə görə çox təəssüflənirik”. açıqlamasını veriblər. 

İyulun 26-da Fransanın ev sahibliyi etdiyi Olimpiya Oyunlarının açılış mərasimində İsa peyğəmbəri canlandıran “drag queen” (qadın paltarı geyinən və makiyaj edən kişi) çıxış edib. İsadan bəhs edən “Son Şam yeməyi” tablosu təsvir edildiyi və dini inanca hörmətsizlik edildiyi səbəbilə tənqid edilib.

 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
7
news365.az

8Mənbələr