AZ

Qallaher Madridə köçür

“Atletko” gözlənilməz transferə hazırlaşır. Madrid klubu “Çels”nin futbolçusuna elçi düşüb və transferi reallaşdırmağa yaxındır.

Futbolinfo.az xəbər verir ki, bir sıra ingils klubunun da diqqət mərkəzində olan hücumçu Konor Qallaherə sərfəli təklif irəli sürülüb. Londonlular Premyer Liqadakı rəqiblərini gücləndirməmək üçün onun İspaniyaya yollanmasında daha çox maraqlıdır.

Maliyyə feyr-pleyinə görə bir yetirməsini satmaq məcburiyyətində olan “zadəganlar” məhz Konoru gözdən çıxarıb. Amma klub istedadlı oyunçu üçün 40 milyon avro istədiyindən, onu almaq asan deyil.

24 yaşlı hücumçu üçün madridlilər 30 milyon avro təklif edir. Futbolçu şəxsi müqaviləsinn şərtlərini razılaşdırıb. İndiklubların anlaşması qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
futbolinfo.az

1Mənbələr