AZ

Arda Gülərə tarixi təklif: Real Madrid düşünmədən rədd etdi

Arda Gülərə tarixi təklif: Real Madrid düşünmədən rədd etdi

Real Madriddə çıxış edən gənc ulduz Arda Gülərin adı nəhəng klublarla hallanmağa davam edir.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının klubu Arda üçün 80 milyon avro təklif edib. Lakin 19 yaşlı ulduzu toxunulmaz görən Real Madrid bu təklifi rədd edib.

Ötən mövsümün Arda Gülər ​ ümumilikdə 12 matçda Real Madrid formasını geyinib. Arda bu matçlarda məhdud vaxt keçirməsinə baxmayaraq, 6 qol vurmağı bacarıb. Türkiyə millisində çıxış edən,19 yaşlı gənc futbolçu AVRO-2024-də 5 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
sonxeber.az

1Mənbələr