AZ

Formula 1 rəhbərliyi “Red Bull”dan nəyi xahiş etdi?

“F1-Insider”in məlumatına görə, meksikalı pilot Serxio Peresi komandada saxlamağı “Red Bull”dan “Liberty Media” şirkəti xahiş edib. Formula 1-in sahibi olan holdinq oktyabrda keçiriləcək Meksika qran-prisinə görə 34 yaşlı sürücünün komandada qalmasını istəyib.

“Avstriya komandasının məsləhətçisi Helmut Marko, jurnalistlərin “Liberty Media” rəhbərliyinin Meksika qran-prisinə bilet satışına görə sürücünü mövsümün sonuna qədər saxlamağı xahiş etməsi ilə bağlı suala cavab verməkdən imtina edib”, – deyə nəşr bildirib.

Peresin “Red Bull” ilə müqaviləsində olan bəndlərə əsasən, nəticələrin zəif olması halında sözləşməyə xitam verilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
futbolinfo.az

1Mənbələr