Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Ford”, elektrik avtomobil tərəfində pul itirməyə davam edir.

İndex.az xəbər verir ki, “Ford”un ikinci rüb üçün açıqladığı son maliyyə məlumatları göstərir ki, onun elektrik avtomobil tərəfi 1,1 milyard dollar itirib.

Bu müddət ərzində ABŞ-da 23.957 elektrikli avtomobil satan marka, təxmini hesablamaya görə, hər satılan elektrikli avtomobil üçün 47.600 dollar itirib.

Son rübdə təkcə ABŞ-da cəmi 536.050 avtomobil satan markanın daxili yanma və hibrid avtomobillərinə hələ də ciddi tələbat var. Bəs elektrik tərəfində niyə belə böyük itki var? Nəhəng istehsalçı elektrik avtomobillərini gələcəkdə daha iddialı etmək üçün son illərdə bu sahəyə böyük sərmayələr qoyur. Buna görə də elektrik kateqoriyasında itkilərin uzun müddət davam edəcəyi gözlənilir.

“Ford” son vaxtlar Çinli rəqibləri ilə rəqabət aparmaq üçün çox mühüm səylər göstərir. Şirkət Çin elektrikli avtomobillərinin ABŞ bazarına təsirini görən və bunu uzun müddətdir açıq şəkildə ifadə edən adlardan biridir. Xüsusilə 10-15 min dollarlıq ucuz maşınlardan qorxan şirkət Çin şirkətlərinin elektrik sahəsindəki üstünlüyünü qəbul edir və buna tam hazır olmaq istəyir.