AZ

Gecə klubu qarşısında insident: Dinc insanlara SİLAHLI HÜCUM – ANBAANVİDEO

Türkiyədə motosikletli iki nəfər gecə klubunun qarşısında gözləyən insanlara atəş açıb.

Medianews.az ensonhaber.com-a istinadənən xəbər verir ki, bazar ertəsi günü saat 23:00 (Bakı vaxtı ilə 00:00) radələrində İstanbul Bakırköy Sakızağacı səmtinin Kennedi küçəsində baş verən hadisədə motosikletli iki nəfər gecə klubunun qarşısında gözləyən insanlara atəş açıb.

Açılan atəş nəticəsində biri mühafizəçi olmaqla, iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım cəlb olunub. Göstərilən ilk tibbi yardımdan sonra yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Polis şübhəli şəxslərin axtarışına başlayıb.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
medianews.az

1Mənbələr