AZ

Düşmənlərini öldürdü, sonra intihar etdi – FOTO/VİDEO

Türkiyədə barışmaq üçün düşmənləri ilə görüşən şəxs onları silahla öldürüb, daha sonra intihar edib.

Medianews.az habarler.com-a istinadən xəbər verir ki, Hatayın Reyhanlı bölgəsində ədavətdə olduğu Mustafa Şahsuvarı və Ərkan Alkanı öldürən Süleyman Özbərk həmin silahla intihar edib.

Hadisə zamanı ikiqat qətl törədən Özbərkin bacısı da yaralanıb.

Əraziyə polis və təcili yardım cəlb olunub. Təcili yardım işçiləri tərəfindən aparılan yoxlama zamanı ağır yaralı olduqları təsbit edilən Özbek, Şahsuvar və Alkan daha sonra aparıldıqları xəstəxanada dünyalarını dəyişiblər.

Ayağından xəsarət alan qadının müalicəsini xəstəxanada davam etdirdiyi bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
medianews.az

1Mənbələr