AZ

DƏHŞƏT: Sevgilisinə göndərdiyi mesaja görə onu öldürdü, SONRA İSƏ... - VİDEO

DƏHŞƏT: Sevgilisinə göndərdiyi mesaja görə onu öldürdü, SONRA İSƏ... - VİDEO

Türkiyədə 20 yaşlı gənc sevgilisi ilə mesajlaşdığını iddia edərək mübahisə zamanı 21 yaşlı qızı boynuna bıçaqla vuraraq öldürüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Gənc oğlan qətlə yetirdiyi sevgilisi ilə küçədə rastlaşıb. Oğlan qıza mesaj göndərdiyini iddia edib və sevgilisi arasında mübahisə yaşanıb.

Mübahisə zamanı gənc oğlan qızın boynuna bıçaq zərbəsi vurub. Boyun nahiyəsindən yaralanan qıza vətəndaşlar ilkin tibbi yardım göstərib. Hadisə şahidlərinin sözlərinə görə, oğlan qanlar içində yatan sevgilisinin görüntülərini videoya çəkib və bu ifadələri işloədib: "Sənə dedim, edəcəm".

Yaralı qız təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin qız həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Cinayəti törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
sonxeber.az

2Mənbələr