AZ

Frank De Bleker azərbaycanlı hakimlərlə tanış oldu

AFFA Hakimlər Komitəsinin yeni sədri, belçikalı mütəxəssis, sabiq FİFA referisi Frank De Bleker azərbaycanlı hakimlərlə tanış olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 28-dən 30-na qədər Milli Komandaların Təlim-Məşq Mərkəzində elit kateqoriyalı hakim və köməkçi hakimlərin iştirakı ilə təlim-məşq toplanışı keçirilib. Toplanış ərzində Hakimlər Komitəsinin yeni sədri hakimlərlə tanış olub. O, müxtəlif mövzularda seminarlar keçib və hakimlərin fiziki durumlarını yoxlayıb.

Seminarda VAR üzrə belçikalı mütəxəssis Kristof Dierik də iştirak edib.

Xatırladaq ki, Frank De Bleker iyulun 26-da AFFA Hakimlər Komitəsinin yeni sədri təyin olunub. Belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
arena.az

1Mənbələr