AZ

Maykl Cordan Kimdir? Basketbolun Əfsanəvi Siması

Tarixin ən böyük basketbolçularından biri hesab edilən Maykl Cordan inanılmaz bacarıqları ilə azarkeşlərə basketbolu sevdirən əfsanələrdəndir.

Maykl Cordanın ləqəbləri

Ona verilən əsas ləqəblər “Air Jordan” və “His Airness”dir.

Maykl Cordanın neçə yaşı var?

Maykl Ceffri Cordan 17 fevral 1963-cü ildə dünyaya gəlib. Hazırda onun 61 yaşı var.

Maykl Cordan basketbola necə başlayıb?

Bruklin, Nyu Yorkda Deloris və Ceyms R. Cordanın oğlu olaraq dünyaya gələn Maykl hələ 7 yaşında ikən ailəsi ilə birlikdə Şimali Karolinaya köçdü. Eyni il “Emsley A. Laney” liseyinə yazıldı və karyerasının ilk addımlarını burda atdı. Beyzbol, basketbol və futbol oynamağı çox sevirdi. Atasının ən sevdiyi idman növü olan beyzbolla idman karyerasına başladı. Hələ 7 yaşında beyzbol komandası ilə əyalət çempionluğunu və “ən dəyərli oyunçu” (MVP) mükafatını qazandı. Zamanla böyük qardaşı Larrinin ayaq izləri ilə gedərək basketbola könül verdi.

Cordan litseydə olarkən basketbol komandası üçün seçmələrə qatıldı, lakin çəlimsiz və boyu qısa (1.80 m) olduğu üçün komandaya seçilmədi. İstəyi və əzmi ilə bütün yayı məşq edərək və boyunu uzatmaq üçün çalışaraq keçirdi. Növbəti il yenidən seçmələrə qatılan Cordan bu dəfə lisey komandasına seçildi.

Maykl Cordanın lisey karyerası

Maykl Cordan lisey karyerası ərzində oyun başına 25 xal ortalaması ilə oynadı. Son sinifdə imza atdığı “tripl dabl” ortalamaları ilə (oyun başına 29.2 xal, 11.6 ribaund, 10.1 assist) “Laney” liseyinin əyalət çempionu olmasında vacib rol oynadı. Bu performansı ilə Amerikanın ən uğurlu lisey oyunçularından təşkil olunan “The McDonalds All-American Team” komandasına seçildi.

NBA-ya gedən yol

Cordan liseyi bitirdiyi yay dünyanın ən prestijli basketbol düşərgələrindən olan “Five-Star Basketball Camp”a qatıldı və əzmini orada da sərgiləyərək məşqçilər tərəfindən cənubun parlaq gələcək vəd edən oyun qurucularından biri olaraq göstərildi. 

1981-ci ildə “North Carolina”nın coğrafiya fakültəsinə daxil olan Cordan ilk ilində “Freshman of the Year” (“ilin ən yaxşı birinci kurs oyunçusu”) mükafatını aldı. 1983 və 1984-cü illərdə iki dəfə “İlin kollec basketbolçusu” mükafatını qazanan Cordan NBA-ya addım atmaq qərarına gəldi.

Mayk Cordanın uğurları

5 dəfə NBA MVP mükafatı, 5 dəfə NBA finalları MVP mükafatı, 1 dəfə NBA ilin ən dəyərli müdafiəçisi mükafatı, 1 dəfə NBA ilin gənc oyunçusu mükafatı, 1 dəfə ACC liqası ilin basketbolçusu mükafatı.

Maykl Cordan 6 dəfə NBA çempionluğu, 2 dəfə də Olimpiya medalı qazanıb. 

Maykl Cordan və reklam

Cordan karyerası boyu ən çox reklam olunan idman simalarından biri olub. “Nike”, “Chevrolet”, “McDonalds”, “Coca-Cola” kimi dünyaca məşhur bir çox markayla əməkdaşlıq edib. 2007-ci ildə “Basketball Man” adlı filmdə özünü canlanlandırıb.

Ferdi Kadıoğlu Kimdir? “Fənərbaxça”nın Universal Ulduzu

Tayqer Vuds Kimdir? Qolf Tarixinin Əfsanəsi

Kriştiano Ronaldonun Karyerasından Unudulmaz 10 An

Lionel Messinin “Barselona”dakı Mirası: Katalan Əfsanəsi

Ronaldinyo Kimdir? Futbolun Gülən Üzü və Sehrbazı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
apasport.az

1Mənbələr