Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da münaqişə etdiyi şəxsi bıçaqladığı bildirilən deputatlığa namizəd barəsində cinaytət işi açılıb.

İndex.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, iyulun 30-u axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Nazir Cavadovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparırılr.