AZ

Makronun Mərakeşi dəstəkləməsi Əlcəzairlə münasibətlərdə böhrana səbəb olub

Makronun

Paris, 31 iyul, AZƏRTAC

Əlcəzair Qərbi Sahara ilə bağlı Mərakeşin muxtariyyət planına Fransanın dəstəyinin artırılmasına etiraz olaraq Parisdəki səfirini dərhal geri çağırıb və Makron hökumətinin bu addımını pisləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Bildirilib ki, Emmanuel Makronun Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı məktub Rabat tərəfindən ictimailəşdirilib. Məktubda E. Makron təsdiqləyir ki, “Mərakeş planı” indi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq baxımından yeganə əsasdır”.

Dövlət başçısı əlavə edib ki, Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
azertag.az

4Mənbələr