AZ

"Vilyarreal"ın qapıçısı rəsmən "Çelsi"də

"Vilyarreal"ın qapıçısı Filip Yergensenin "Çelsi"yə keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, “təqaüdçülər”in mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı qolkiper London komandası ilə 2031-ci ilin iyun ayına kimi uzunmüddətli müqavilə imzalayıb.

Oyunçunun transfer məbləği açıqlanmasa da, mətbuatda "zadəganlar"ın onun üçün təxminən 25 milyon avro ödədiyi yazılıb.

Danimarkalı oyunçunun ABŞ turu zamanı "Çelsi"yə qatılacağı gözlənilir. 

Xatırladaq ki, Filip Yergensen ötən mövsüm “Vilyarreal”ın heyətində İspaniya çempionatında 36 oyun keçirib, bunun 6-da sahibliklərini toxunulmaz qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
90deqiqe.az

1Mənbələr