AZ

Ölkəmiz COP29-da "yaşıl" taksonomiyanı birləşdirən layihə təqdim edəcək - AMB

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlı inkişaf üzrə "YolXəritəsi"ni həyata keçirir və tənzimləyici kimi "yaşıl"kreditləşməni stimullaşdırmağa və iqlim dəyişiklikləri ilə bağlıriskləri minimuma endirməyə hazırdır.

Bu barədə Trend-in sualına cavab olaraq AMB İdarə Heyətininsədri Taleh Kazımov mətbuat-konfransında deyib.

"Bu "Yol Xəritəsi"nə taksonomiyanın yaradılması, "yaşıl"kreditlər, istiqrazlar üçün tənzimləmənin yaradılması daxildir."Yaşıl" kreditlər və istiqrazlar üzrə iş 2024-cü ilinsentyabr-oktyabr aylarında başa çatacaq. Dayanıqlı inkişaf -AMB-nin işinin əsas prioritet istiqamətlərindən biridir", - deyə o,qeyd edib.

AMB-nin baş direktoru Şahin Mahmudzadənin sözlərinə görə,Azərbaycan COP29-da dünyanın bir çox ölkəsini birləşdirəcək "yaşıl"əməliyyatlar üzrə öz taksonomiya layihəsini təqdim etməyiplanlaşdırır.

"Hazırda dünyanın 50-yə yaxın ölkəsi "yaşıl" istiqrazlar vəkreditlərlə bağlı taksonomiyaya malikdir, lakin bu taksonomiayalararasında əlaqələr yoxdur, onlar milli xarakter daşıyır. Ona görə dəbizdə ideya yaranıb ki, Azərbaycan bütün ölkələri birləşdirəntaksonomiya prinsiplərinin inkişafının təşəbbüsçüsü kimi çıxışetməlidir. Hazırda biz bu istiqamətdə "International Platform onSustainable Finance" (IPSF) və "Sustainable banking & financenetwork" (SBFN) kimi iki beynəlxalq institutla çalışırıq. Biz butaksonomiyanı COP29-da təqdim etməyi planlaşdırırıq", -Ş.Mahmudzadə vurğulayıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
az.trend.az

3Mənbələr