AZ

“Makkabi”nin Bakıdakı məşqi ləğv olunub - SƏBƏB

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab qarşılaşması öncəsi “Makkabi”nin Bakıdakı məşqi ləğv olunub.

İdman.biz xəbər verir ki, buna səbəb komandanın Bakıya gecikməsidir.

Klubun mətbuat xidməti Hayfa təmsilçisinin ölkəmizə uçuşunun 3 saat gecikəyəcəyini açıqlayıb.

Qeyd edək ki, “Sabah” ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması sabah saat 20:00-da start götürəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
idman.biz

4Mənbələr