AZ

Blinken Haniyənin ölümündə ABŞ-nin əlinin olması barədə iddialara cavab verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə ABŞ-nin əli yoxdur".
Oxu.Az CNA portalına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
O, ABŞ-nin Haniyənin öldürüləcəyi barədə əvvəlcədən heç nə bilmədiyini və bu sui-qəsddə əli olmadığını bildirib.
Blinkendən HƏMAS-ın siyasi bürosunun rəhbərinin öldürülməsinin Qəzza zolağında müharibənin gedişatını dəyişib-dəyişdirməyəcəyi barədə soruşduqda deyib:
"Fərziyyələr qurmaq çox çətindir və illər ərzində başa düşdüm ki, heç vaxt bir hadisənin digərinə təsiri barədə fərziyyə yürütmək olmaz".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
oxu.az

10Mənbələr