AZ

Oğlum deyir ki, bunu yığışdır: Nisə Qasımovanı müğənni olmağına nə peşman etdi? — VİDEO

“Müğənni olmaq istəməzdim. Gərək zamanında müğənniliyi atıb, başqa bir peşənin sahibi olaydım”.



İctimaimedia.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Xalq artisti Nisə Qasımova deyib.



O qeyd edib ki, müğənnilik sənəti ilə məşğul olsa da, daxili aləmi tamamilə fərqlidir.



“Özümü səhnədə görmədiyimi demək istəmirəm. Bu sənət üçün potensialım var. Mən məcburən müğənnilik, aktrisalıq edirəm. Ancaq daxili dünyam tamamilə başqadır. Elə olub ki, hansısa toyda, yaxud başqa məclisdə sənət dostlarımla görüşəndə gözlərim dolub, hamısını qucaqlamaq istəmişəm. Amma bu sənət eyni zamanda insanı rəqabətə sürkləyir, bir-biri ilə düşmən edir”, – deyə Xalq artisti söyləyib.



Müğənni verilişin aparıcısının “estrada sənətinin tacı əlinizdə olsaydı, kimin başına qoyardınız?” sualına isə belə cavab verib: “Elə bir ixtiyarım olsaydı, bir günlük də olsa, öz başıma qoyardım. Bilərdim ki, taclı kraliça özünü tacla necə hiss edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
ictimaimedia.az

1Mənbələr