AZ

İsrailə qarşı boykotlar məşhur brendlərin satışlarına təsir edib

Bakı, TurkicWorld

İsrailin Qəzzaya hücumları dünya üzrə məşhur markaların satışlarına təsir edən güclü boykot dalğasına səbəb olub

TurkicWorld xəbər verir ki, fastfood restoranlar şəbəkəsi olan McDonald's-ın 2020-ci ildən bəri ilk dəfə satışlarında azalma müşahidə edilib. Belə ki, şirkətin 2024-cü ilin ikinci rübü üçün satışları bir faiz azalıb.

Bu boykot hərakatı Starbucks və KFC kimi böyük brendlərin satışlarına da mənfi təsir göstərib.

2020-ci ildən bəri ilk dəfə baş verən bu azalma təkcə satışlara deyil, şirkətlərin gəlir və mənfəətinə də təsir edib.

Belə ki, Mcdonalds şirkətinin gəliri ikinci rübdə bazar gözləntilərindən aşağı düşərək, 6,49 milyard dollar təşkil edib. Xalis mənfəət isə 12 faiz azalıb.

İsrailə qarşı tətbiq edilən boykot kampaniyasından böyük kofe şəbəkəsi olan Starbucks və ABŞ-ın KFC restoran şəbəkələri də öz payını alıb.

Belə ki, Yaxın Şərq və Asiya ölkələrində boykot edilən Starbucks şəbəkəsinin 2024-cü ilin ilk rübü üzrə gəlirləri azalıb.

Yanvar-mart arasında şirkətin gəlirləri illik bazada iki faiz azalaraq 8,6 milyard dollara düşüb.

Qeyd edək ki, KFC restoranlar şəbəkəsi aprel ayında İsrail əleyhinə boykotdan sonra Malayziyada yerləşən 108 filialının fəaliyyətini müvəqqəti olaraq dayandırmağı qərara almışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
turkic.world

1Mənbələr