Bəs bunun əsas səbəbi nədir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Kənan Hənifəyev bildirib ki, aviabiletlərin qiymətinin artmasında xüsusi bir səbəb yoxdur.
“Aviabiletlərin qiymətində dəyişikliyi bu yay mövsümünün son ayı yaxınlaşdıqca intensiv bilet satışı və defisitin yaranmasında müəyyən bilet kassalarında qiymətləri 20-25 müvəqqəti yüksək görsənən zamanları olur”.
Ekspert Rusiyadan Azərbaycana olan uçuşlarının qiymət məsələsinə də aydınlıq gətirib:
“Rusiya ilə qiymətlərin fərqi xüsusi olaraq nəzərə çarpmır. Əlavə olaraq da qeyd etmək istəyərm ki, Bakı istiqamətində uçuşların qiymətləri müəyyən qədər yüksəkdir. Bu da quru sərhədlərin bağlı olması və səfər tələbatının çox olması ilə bağlıdır. Amma aviaşirkətlər tərəfindən vaxtaşırı endirim kampaniyaları tətbiq edilir”.
Mehriban Mirzəzadə
Demokrat.az