AZ

Nazirlikdə taksi şirkətləri ilə görüş keçirildi

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycandafəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüşkeçirilib.

Bu barədə Trend-ə nazirlikdənbildirilib.

Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri iləsərnişindaşımalar sahəsində yeni dövlət siyasətininformalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsədvətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.

Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonrasürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılmaxidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsiolmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallarmüşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olanmüraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayətetməyənlər daşımalardan kənarlaşdırılır.

Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblərbir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilibki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslərtərəfindən yerinə yetirilə bilər.

Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədəqarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlliistiqamətində təkliflərini səsləndiriblər.

Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarətmexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunubki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması iləbağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqramtəminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətindəişlər aparılır.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunançatışmazlıqları aradan qaldırmaq və fəaliyyətləriniqanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyəolunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
49
az.trend.az

4Mənbələr