AZ

Makron Olimpiadasına dünya boyu təpkilər böyüyür– “xristian əxlaqını və insanlığı təhqir etdilər”

Image

Paris Olimpiya Oyunlarının biabırçı açılış mərasiminə dünya boyu təpkilər davam edir. Bu dəfə Bolqarıstan Pravoslav Kilsəsi Paris Olimpiadasında "Son şam yeməyi" səhnəsini sərt tənqid edib.

Kilsə iyulun 26-da Fransanın ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadasının açılış mərasimində İsanın həvariləri ilə yediyi yeməkdən bəhs edən “Son Şam yeməyi” tablosunun səhnələşdirilməsinin xristian əxlaqını və insanlığı təhqir etdiyini bildirib.

Bolqarıstan kilsəsinin açıqlamasında Paris Olimpiadasının açılış mərasimində nümayiş etdirilən bədii təsvirlərin dərin məyusluq və narahatçılığa səbəb olduğu vurğulanıb. 

“Təşkilatçılar tərəfindən göstərilən səbəblərə baxmayaraq, bu təsvirlərin xristian əxlaqı və insanlığa sığmadığı gerçəkliyi ortadadır”, - deyə açıqlamada bildirilir. 

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
baki-xeber.com

1Mənbələr