AZ

“Səfərdə qazandığımız qələbə bizi arxayınlaşdıra bilməz” – “Sabah”ın futbolçusu

Avqustun 1-də “Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.



Komanda.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Masazır təmsilçisinin futbolçusu Cessi Sekiddika rəqibin çox güclü olduğunu bildirib:



“Mən də baş məşqçimizin dediyi ilə razıyam. Səfərdə qazandığımız qələbə bizi arxayınlaşdıra bilməz. Rəqib çox güclüdür. Biz də yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, sabah mərhələni keçən tərəf biz olacağıq.



Öz şəxsi hədəfimə gəlincə, mənim üçün yaxşı olardı ki, komandamızı qrup mərhələsində görək. Komandamızın uğur qazanması üçün əlimdən nə gəlirsə, etməyə çalışacam”.



“Makkabi” – “Sabah” cütünün ilk qarşılaşması Macarıstanda keçirilib. Masazır təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.



Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərcessi sekidika Sabah Futbol Klubu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
komanda.az

3Mənbələr