Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin müayinələrə əsasən, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançının çiynində sınıq olduğu müəyyən edilib.
Bildirilib ki, cüdoçunun sağlamlıq durumu ilə bağlı yekun rəy MRT-dən sonra veriləcək.
Qeyd edək ki, Elcan Hacıyev 1/16 finalda türkiyəli Mixael Zqanka qalib gəlib. Növbəti mərhələdə fransalı Maksim-Qael Hambuya uduzan idmançı turnirlə vidalaşıb.