AZ

"Sumqayıt" Macarıstanda sürprizə imza ata biləcək?

"Sumqayıt" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Qaynarinfo xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda cavab matçında Macarıstanda "Fehervar"ın qonağı olacaq.

"Mol Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü isveçli hakim Kristoffer Karlsson idarə edəcək.

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

31 iyul
21.00 Fehervar (Macarıstan) - Sumqayıt (Azərbaycan)
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
Sekeşfehervar. "MOL Arena Şoşto" stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
qaynarinfo.az

1Mənbələr